
Topaz Premyer Liqasının 9-cu turunda öz meydanında "Bakı"ya məğlub olan AZAL "Simurq"la sabahkı qarşılaşmanın hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər" bu qarşılaşmaya itkisiz hazırlaşır.
"Bakı" ilə görüşün birinci hissəsində Luis Ramos zədələndiyi
üçün fasilədən dərhal sonra əvəzlənmişdi. Lakin tibbi müayinə zamanı honduraslı
yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı aşkarlanıb. Dərhal kollektivlə birgə
çalışmalara qoşulan Ramos şans veriləcəyi təqdirdə, "Simurq"la oyunda
meydandakı yerini alacaq.
Qeyd edək ki, AZAL - "Simurq" oyunu sabah saat
17:00-da başlayacaq.