1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vüqar Məmməd: "Belə çıxış etsək..."
Oyun çox surətli keçdi. Belə güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir komponentdə rəqibdən geri qalmadıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd Mursiyadakı təlim-məşq toplanışında İspaniya yığmasına 0:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. Gənc mütəxəssis Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandasının hər bir üzvünə təşəkkür edib.
Onun fikrincə, hazırkı oyunçularla gələcəyə ümidlə baxmaq olar: "Belə çıxış etsək, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik".
Qeyd edək ki, Azərbaycan millisi 20 - 26 martda Rusiyada təşkil olunacaq elit-raundda yerli komanda ilə yanaşı, İrlandiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq.