
"Qarabağ" komandası Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqlarına start verib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisinin bazasında baş tutan məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetiriblər. Daha sonra isə kollektiv taktiki çalışma ilə məşqi yekunlaşdırıb.
Zədəli futbolçular Araz Abdullayev və Mahir Mədətov hazırlığın ilk hissəsində komanda ilə məşq etsələr də, daha sonra çalışmaları fərdi yerinə yetiriblər. Daha bir zədəli Miçel isə hazırlıq prosesinə qatılmayıb.