İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales ölkə Super Kubokunun yeni sxem üzrə keçirilməsini təklif edib.
Sportnet.az-ın məlumatına görə, 42 yaşlı funksioner yarışın "Dördlər finalı" formatında təşkilini məqsədəuyğun sayıb. O, turnirdə çempion və kubokun sahibi ilə yanaşı, finalçı və vitse-çempionun da iştirakını istəyib.
Rubiales bu addımın rəqabətli mübarizə diapazonunun genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb: "Yarış yarımfinallar və finaldan ibarət olacaq. Bu, 4-5 gün çəkəcək və çox da zaman almayacaq. Çünki hazırkı format da iki günə təyin olunan ev və səfər prinsipli final matçlarından ibarətdir. Biz İspaniyanın imicini yalnız iki klubun təmsil etməməsinin qayğısına qalırıq".