Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında baş tutan püşkatma mərasimində 5-ci səbətdə yer alan yığma D qrupunda mübarizə aparacaq. Vüqar Əsgərlinin baş məşqçilik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldova komandalarına rəqib olub.
Püşkatmada iştirak edən 48 yığma 9 qrupa bölünüb:
A qrupu: Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya
B qrupu: İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan
C qrupu: Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları
D qrupu: İspaniya, Çexiya, Polşa, Moldova, AZƏRBAYCAN
E qrupu: Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr
F qrupu: İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya
G qrupu: Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Makedoniya
H qrupu: İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva
I qrupu: Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro
Azərbaycan millisi 2009-cu ildə sonra ilk dəfə seçmə mərhələdə qüvvəsini sınayacaq. Eyni zamanda Kosovo da tarixində ilk dəfə püşkdə yer alıb.
Qeyd edək ki, qrup qalibləri və 2-ci yeri tutan ən yaxşı nəticəyə malik 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. Digər 6 kollektiv isə 2021-ci ildə İngiltərə keçiriləcək yarışa düşmək üçün play-off oynaycacaq.