"Neftçi" və "Səbail" arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra iki komandanın baş məşqçiləri arasında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, flaqmanın baş məşqçisi Roberto Bordin gənc həmkarı Aftandil Hacıyevə sərt formada etirazını bildirib. Hacıyev isə buna eyni qaydada cavab verib. İnsidentin böyüməsinə köməkçi-məşqçilər imkan verməyiblər.
Bordin CBC Sport-a açıqlamasında Hacıyevlə münaqişənin səbəbini belə izah edib: "Oyunun gedişində futbolçumuza etirazını bildirirdi. Bu isə məncə, düzgün deyil".
Qeyd edək ki, görüş "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.