"Neftçi” komandası Azərbaycan Premyer Liqasının XIX turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlıqlarına başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Səbail”lə qarşılaşmadan sonra hazırlığa fasilə verməyən komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Aqil Məmmədovun fərdi hazırlaşdığı və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, martın 2-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sabah” oyunu saat 18:30-da başlanacaq.