Futbol üzrə Azərbaycan I Divizionda XVII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub. "Neftçi-2" "Zirə-2"ni böyük hesabla üstələyib - 5:0. "Kəpəz" isə səfərdə "Qaradağ Lökbatan"ı minimal hesabla məğlub edib - 1:0.
"Zaqatala" da "Turan Tovuz"a eyni hesabla qalib gəlib. "Səbail-2" isə səfərdə "Ağsu"nu yenib - 4:3.
“Keşlə-2” 0–2 “Sabah-2”
(Tural Nəsirov, 21; Reza Biqdelo, 55)
“Qarabağ-2” 1–3 “Sumqayıt-2”
(Con Delarj, 44 // İbrahim Əliyev, 14, 71; Murad Xaçayev, 21)
MOİK 1–0 “Şüvəlan”
(Raul Yaqubzadə, 1)
“Neftçi-2” 5–0 “Zirə-2”
(İsmayıl Zülfüqarlı, 29; Elnur Süleymanov, 62; Seymur Əliyev, 75; Əlibəy Məmmədli, 82; Əsgər Hüseynov, 87)
“Qaradağ Lökbatan” 0–1 “Kəpəz”
(Talıb Rzayev, 71)
“Zaqatala” 1–0 “Turan Tovuz”
(Rəhman Şabanov, 88)
“Ağsu” 3-4 “Səbail-2”
(Elnur Səmədov, 10, 55; Kənan Əşrəfli, 52 // Ramil Orucov, 20; Xəlil Bəşirov, 25, 43 Təyyar Məmmədov, 42)