Türkiyə prezidenti Rəcəp Tayyib Erdoğan Şenol Günəşə uğurlar arzulayıb.
Sportnet.az-ın məlumatına görə, ölkə başçısı Türkiyə millisinə yeni təyin olunan təcrübəli mütəxəssisə zəng edərək onu təbrik edib. Erdoğan baş məqşçiyə uğurlaz arzulayaraq, ona inandığını bildirib.
67 yaşlı mütəxəssis ötən gün Türkiyə Futbol Federasiyası ilə 4 illik müqavilə imzalayaraq milli komandanın "sükanı arxasına" keçib.
Qeyd edək ki, Şenol Günəş 2000 - 2002-ci illərdə "ay-ulduzlular"ın baş məşqçisi olub. O, Cənubi Koreya və Yaponiyada keçirilmiş DÇ-2012-də Türkiyə millisinə 3-cülük qazandırıb.