"AFFA İcraiyyə Komitəsinin hər bir iclasında klubların sayı müzakirə olunur. Biz də istəyirik ki, minimum 10 komanda olsun. Amma hər şey bizdən asılı deyil".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. I Divizion klubları və Premyer Liqa təmsilçilərindən bəziləri AFFA ilə SOCAR vasitəsilə maliyyələşir. Lisenziyalaşdırma prosesinin gedişini izləyəcək və mövsümün sonunda neçəsinin hazır olduğuna baxacağıq".
Baş katib "Kəpəz" klubundakı vəziyyət barədə də danışıb: "O klubda maliyyə problemi yoxdur. Təsdiqlənən büdcə ilə davam edirik. Yeni rəhbər təyin etdik ki, ödənişlər vaxtında təmin olunsun. İcra hakimiyyəti nümayəndələri ilə danışmışıq. Növbəti mövsümdən Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi nəzərdə tutulub".