Region Liqasından I Diviziona yüksəlmək üçün bir klub müraciət edib.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun növbəti Hesabat Konfransında bildirib.
O, bu yaxınlardan həmin klubla görüş keçiriləcəyini və bunun üçün təşəbbüs göstərdiyini deyib: "Bu, yeni layihə idi və bölgələrdə doğrudan da böyük maraq var. Liqanın ən yaxşı qapıçısı Şöhlət Rəhimov dünən "Ulduzlar görüşü"ndə qapıda durub".