Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk matçları keçirilib.
Sportnet.az-ıın məlumatIna görə, son 3 qaılaşmanın hər birində 3 qol qeydə alınıb. Lakin yalnız "NapoLi" və "Çelsi" darmadağına imza atıb.
-------
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, 8 görüşdən ilk 5-də meydan sahibləri və qonaqlar bərabər sayda qələbə qazanıblar. Yalnız 1 qarşılaşmada heç-heçə qeydə alınıb.
Ötən mərhələdə Türkiyə təmsilçiləri "Qalatasaray" və "Fənərbağça"nı mübarizədən kənarlaşdırmış Portuqaliya "Benfika"sı ilə Rusiya "Zenit"i bu dəfə məğlubiyyətə düçar olub. Lissabon komandası Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"ya minimal hesabla yenilib. Sankt-Peterburq təmsilçisi isə evdə İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzaraq, növbəti mərhələ şanslarını böyük ölçüdə əldən verib.
"Qarabağ"la eyni qrupda çıxış etmiş İngiltərə "Arsenal"ı da Fransada eyni hesabla uduzub. Londonlular hələ oyunun əvvəllərində hesabı açsalar da, hissənin sonlarında əvvəlcə bir oyunçudan qırmızı vərəqə alması səbəbindən məhrum olublar, daha sonra qapı torundan toplar çıxarmağa məcbur olublar. Nəticədə "topçular" da 1/4 final şanslarını çətinləşdiriblər.
Almaniyada "Ayntraxt" İtaliya "İnter"i ilə qarşılaşmada qolsuz heç-heçə ilə kifayətlənib. Avroliqanın 5 qat qalibi "Sevilya" isə İspaniyada Çexiya "Slaviya"sına qalib gələ bilməyib.
------------------
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, raundun ilk oyunlarının hamısı eyni gündə baş tutacaq.
Turnirdə "Qarabağ"la eyni qrupda yer almış İngiltərə "Arsenal"ı birinci oyununu səfərdə keçirəcək. London təmsilçisi Fransada "Renn"in müqavimətini qırmağa çalışacaq.
Avropa Liqasındakı digər İngiltərə klubu "Çelsi" Londonda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə üz-üzə gələcək.
Yarışın beşqat qalibi İspaniya "Sevilya"sı bu mərhələdə digər komandalara nisbətən zəif rəqiblə qarşılaşacaq. Əndəlusiyalılar doğma meydanda Çexiya təmsilçisi "Slaviya" (Praqa) ilə münasibətlərə aydınlıq gətirəcək.
İtaliya "Napoli"si də ilk matçını evdə keçirəcək. Neapollular Avstriya "Zaltsburq" ilə ilk dueldəcə sərfəli nəticə əldə etməyə çalışacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 14-də təşkil olunacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
1/8 final, ilk oyunlar
21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya) - 1:0
Qol: Bruno Petkoviç, 38 (p.)
21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya) - 0:0
21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə) - 3:1
Qollar: Benjamin Burijo, 42. Naço Monreal, 65 (öz qapısına). İsmaila Sarr, 88 - Aleks İvobi, 4
Qırmızı vərəqə: Sokratis Papastatopulos, 41 ("Arsenal")
21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:2
Qollar: Vissam Ben Yedder, 1. Munir Əl-Həddadi, 28 - Miroslav Stoç, 25. Aleks Kral, 39
21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya) - 1:3
Qollar: Sərdar Azmun, 35 - Visente İborra, 33. Jerar Moreno, 64. Manu Morlanes, 71
24:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
Qol: Pedro Rodriges, 17. Villian, 65. Kollam Hadson-Odoy, 90
24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 3:0
Qollar: Arkadiuş Milik, 10. Fabian Ruis, 18. Jerom Onquene, 58 (öz qapısına)
24:00. "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya) - 2:1
Qollar: Rodriqo, 12; 24 - Alan Klaesson, 63