
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç “Qarabağ” və "Neftçi” klublarının bazasında olub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki. xorvatiyalı mütəxəssis hər iki klubun baş məşqçisi – Qurban Qurbanov və Roberto Bordinlə görüşüb. Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.