"Sumqayıt" və "Neftçi" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XX tur matçında futbolçular arasında gərginlik yaşanıb.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da keçirilən görüşdə insident 76-cı dəqiqədə Mamadu Mbocun "Neftçi"nin bərabərlik qolunu vurduğu vaxt baş verib. Bu zaman Mbocun komanda yoldaşı Kirilo Petrov topu götürüb mərkəzə aparmaq istəyib. "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov isə onu itələyib.
Baş hakim Rəşad Əhmədov Petrova sarı, Cənnətova qırmızı vərəqə göstərib.
85-ci dəqiqədə isə Referi meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovu texniki zonadan kənarlaşdırıb. Səbəb kimi Abbasovun texniki zona qaydalarını pozması göstərilib.
Qeyd edək ki, hazırda "Neftçi" hesabda öndədir - 2:1.