Futbol üzrə Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib.
1/4 final mərhələsi:
“Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)
“Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)
“Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)
“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
Yarımfinal mərhələsi
“Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə) / “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)
“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) / “Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)
İlk yarımfinal cütünün qalibi iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda keçiriləcək final matçının nominal meydan sahibi olacaq.
Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfianl görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionunda baş tutacaq.
------------------------------------
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər. Digər məhdudiyyətlərlə bağlı püşk ərəfəsində məlumat veriləcək.
İngiltərə təmsilçiləri “Mançester Siti” və “Mançester Yunayted” ev oyunlarını eyni və yaxın günlərdə keçirə bilməzlər. UEFA-nın Yarışların Təşkili Komitəsinin qaydalarına əsasən, ötən mövsüm milli çempionatda daha aşağı pillədə finiş edən komanda, yəni “Mançester Yunayted” həmin oyunu səfərdə keçirməli olacaq. Belə olan halda, yarımfinal matçlarının təqvimi 1/4 finaldan sonra təsdiqlənəcək.
İnzibati məsələlərlə əlaqədar olaraq, mərasimdə finalda nominal ev sahib olacaq komandanı müəyyənləşdirmək üçün də püşk atılacaq.
1/4 final mərhələsinin iştirakçıları
“Ayaks” (Hollandiya)
“Barselona” (İspaniya)
“Yuventus” (İtaliya)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Tottenhem” (İngiltərə)
Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfianl görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionunda baş tutacaq.