"Ən əsası, mən hazıram və şansım yaransa, ondan yararlanmağa çalışacağam. İlk oyundan yaxşı başlamaq vacibdir".
Sportnet.az xəbər verir ki, bunu Xorvatiya millisinin futbolçusu Barno Barışiç Azərbaycan və Macarıstan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunları barədə danışarkən söyləyib.
"Rəqibi qiymətləndirməmək olmaz. Hər oyuna 100 faiz hazırlıqlı çıxmalıyıq. Zəif komandaların qalib gəldiyinə dair çoxlu misal göstərmək olar. Favorit rolundan uzaqlaşmadan qalib gəlmək və 6 xal qazanmaq istəyirik" deyə Şotlandiya "Reyncers"indən dəvət almış müdafiəçi bildirib.
Qeyd edək ki, Xorvatiya Azərbaycanla martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Macarıstanla isə martın 25-də Budapeştdəki "Groupama Arena"da qarşılaşacaq.