İtaliyanın "İnter" klubu A Seriyasının XXVIII turunda "Milan"a 3:2 hesabı ilə qalib gəldikləri oyun zamanı azarkeşlərinin davarınışına görə cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, "neradzurri"nin fanatları derbi zamanı 7 və 39-cu dəqiqələrdə olmaqla "rossonyer"lərin kot d ivuarlı yarımmüdafiəçisi Frank Kessyenin ünvanına irqçi şüarlar səsləndiriblər.
"İnter" şərti olaraq tamaşaçısız bir oyunla cəzalandırılıb. Fanatlar bu cür hərəkətləri davam etdirəcəkləri təqdirdə, cəza icra olunacaq.