Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yoldaşlıq görüşü keçirib.
Sportnet.az xəbər verir ki, ilk turda istirahət edəcək böyük britaniyalılar Trinidad və Tobaqo ilə qarşılaşıblar. Görüş Uelsin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə Benjamin Vudbern vurub.
Daha bir yoldaşlıq görüşü isə Almaniya və Serbiya arasında keçirilib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Hesabı 12-ci dəqiqədə qonaq komandadan Luka Yoviç açıb. 69-cu dəqiqədə isə Leon Qoretska bərabərlik qolunu vurub.
Qeyd edək ki, E qrupunda yer alan Azərbaycan və Uels yığmaları arasında ilk görüş sentyabrın 6-da Kardiffdə, təkrar qarşılaşma isə noyabrın 16-da Bakıda olacaq.