Topaz Premyer Liqasının XI turunun "Sumqayıt”la
qarşılaşması "İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycan karyerasında
250-ci matç olacaq. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına
görə, ölkəmizdə
əvvəl "Standard” sonra "İnter”i çalışdıran gürcüstanlı mütəxəssis bu iki
komandanı üst-üstə 249 matça çıxarıb.
Bu qarşılaşmalarda 127
qələbəyə sevinən baş məşqçi 68 heç-heçə görüb və 59 məğlubiyyətə üzülüb. Onun
yetirmələri 334 qol vurub, 199-nu buraxıb.2009-cu ilin yayından "İnter”də
çalışan Sxadadzenin bu matçlarından 219-u indiki postunda baş tutub. Bakılılar
onun rəhbərliyi altında 111 qələbə qazanıb, 62 heç-heçə edib və 46 dəfə uduzub.
Bu oyunların top fərqi 301-166-dır.2008-ci ildə "Standard”da qazanılan
nəticələr isə 30 oyunda 11 qələbə, 6 heç-heçə və 13 məğlubiyyətdən ibarətdir.
Burada Sxadadze 33 vurulan və eyni sayda buraxılan qola şahidlik edib.
Qeyd edək ki, gürcüstanlı mütəxəssis X turun "Qarabağ”la görüşündə 200-cü Premyer Liqa matçının iştirakçısı oldu. Bunların 174-ü "İnter”, 26-sı "Standard”ın baş məşqçisi kimi baş tutub. Çempionatda 97 qələbə, 54 heç-heçə və 49 məğlubiyyətin həyəcanını yaşayan Sxadadzenin yetirmələri 252 qol vurub, 159-nu buraxıb. Onun Azərbaycanda iş başında olduğu digər 49 oyundan 27-si ölkə kuboku, 6-sı Birlik kuboku, 16-sı avrokubok matçıdır.