
Avropa çempionatının elit-raundunun son tur matçında üz-üzə gələcək Rumıniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, formal xarakterli oyuna baş məşqçi Vüqar Məmməd cəmi 16 futbolçu sifariş edib. Ehtiyat oyunçulardan 2-si qapıçı, 3-ü isə meydan oyunçusudur. Əvəzində Elnur İbrahimov ("Spartak-2" Moskva, Rusiya), Rauf Hüseynli ("Qarabağ"), Elvin Cəfərquliyev ("Qarabağ") və Murad Mahmudov (FSV "Frankfurt", Almaniya) siyahıda yoxdur. Onlardan Cəfərquliyev ötən tur İrlandiyaya 1:3 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə alıb.
Rumıniya: 23. Stefan Tarnovanu, 2. Andrey-Marius Rus, 4. Sorin Serban, 9. Andrey Banyoy, 10. Antonio Sefer, 13. Valentin Mihayla, 14. Ovidiu Horsia, 15. Vladimir Skresiu, 17. Marian Șerban, 20. Antonio Manolake (kap.), 22. Daniel Toma
Ehtiyat oyunçular: 1. Andrey Kristya, 3. Rares İspas, 5. Marko Ehmann, 7. Alexandru Tirlya, 8. Radu Kiryak, 18. Leonardo Mitruşak, 19. Raul Bayku
Baş məşqçi: Daniel Konstantin Opresku
Azərbaycan: 1. Nicat Mehbalıyev (k.), 2. Rüstəm Nuruyev, 4. İbrahim Hüseynov, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 20. Sərhad Daşdəmir, 23. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 6. İdris İnqilablı, 18. Emil Qasımov, 21. Zamiq Əliyev
Baş məşqçi: Vüqar Məmməd