
İngiltərə millisinin və "Tottenhem" klubunun futbolçusu Harri Keynə Britaniya imperiyasının ordeni təqdim olunub.
Sportnet.az xəbər verir ki, medalı 26 yaşlı hücumçuya şahzadə Uilyam verib. Oyunçu şəxsi "İnstagram" hesabında özü və ailəsi üçün qürurlu bir gün olduğunu yazıb.
Qeyd edək ki, Harri Keyn İngiltərə millisinin 2018-ci il Rusiyada keçirilmiş dünya çempionatında yarımfinala vəsiqə qazanmasında pay sahibi olub. O, 6 qolla mundialın bombardiri adını qazanıb.