
"Birinci hissədə pis oynamadıq. Bir neçə qol epizodundan yararlana bilmədik". Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernhard Lippert Norveçlə Avropa çempionatının seçmə qrup matçından sonra deyib.
O bildirib ki, fasilədə oyunun ən yaxşılarından olan Elvin Yunuszadənin zədə səbəbindən əvəzlənməsi komandaya mənfi təsir göstərib. Nəticədə yığmamızın özünəinam hissi azalıb, topa nəzarəti itib: "Topsuz çox hərəkət etməli olduğumuzdan, xeyli qüvvə sərf etdik və yorğunluq hesabda da öz əksini tapdı”.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.