 

Topaz
Premyer Liqasının XI turunda "Simur” səfərdə "Xəzər Lənkəran”a 1:2 hesabı ilə
uduzub. Sportnet.az-ın məlumatına görə, oyundan sonra "Simurq”un baş məşqçisi George
Çixradze fikirlərini bildirib.
	
	
Gürcü
mütəxəssis belə deyib: "Məğlubiyyətə görə məyusam. Biz məğlubiyyətə layiq
deyildik. Öz səhvlərimizə görə uduzduq. Futbolçular sona qədər oynadılar. Amma
şanslardan istifadə edə bilmədik. Şans rəqibin tərəfində idi”.
	
	
Qeyd edək ki, "Xəzər Lənkəran” – "Simurq” matçı 2:1 meydan sahiblərinin qələbəsi ilə bitib.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































