
Topaz Premyer Liqasının debütantı "Araz Naxçıvan” XI turda "Qarabağ”ın qonağı oldu. Sportnet.az-ın məlumatına görə, Naxçıvan təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev oyundan sonra fikirlərini bölüşüb.
Abdullayev bildirib: "Danışmalı bir şey yoxdur. "Qarabağ” bütün
hallarda bizdən güclüdür. Premyer Liqada qalmaq istəyiriksə, dəyişikliklər
etməliyik. Bir neçə yeni oyunçu cəlb olunmalıdır”.
Qeyd edək ki, "Qarabağ" - "Araz Naxçıvan" matçı meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.