
"Bizim üçün hər bir qələbə vacibdir". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XI turunun sonuncu oyununda "Araz Naxçıvan”ı 4-0 hesabı ilə məğlub edən "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "Rəqib hesabda
geridə olsa da, mübarizə aparırdı. Bir neçə epizodda səhv etdik. Amma
bütün bunlara baxmayaraq, oyunumuzdan razıyam. "Araz Naxçıvan”ın baş məşqçisi
Əsgər müəllimə uğurlar arzu etmək istəyirəm. Biz isə qarşıdakı çətin oyunumuza
hazırlaşmalıyıq”.
Qeyd edək ki, bu qələbədən sonra "Qarabağ" fasiləyə lider kimi yollandı.