Topaz
Premyer Liqasının son 5 oyununda ardıcıl heç-heçə edərək liderliyi əldən və fasiləyə 3-cü pillədə yollanan "İnter”də
futbolçulara 3 günlük istirahət verilib. Klubdan Sportnet.az-a verilən məlumata
görə, "bankirlər” bir də noyabrın 6-da "İnter Arena”da bir araya gələcək.
Paytaxt
klubunun yalnız gürcü futbolçuları öz ölkələrinə yola düşüblər. Bunlar Georgi
Lomaya, Aleksandr Amisulaşvili və Baçana Sxadadzedir. Digər əcnəbilər isə uzaq
ölkələrdən olduqlarından getməyə ehtiyac duymayıblar.
Hazırlığı bütünlüklə öz bazasında keçəcək "İnter” 2 yoxlama görüşü keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik bəlli deyil.