Çempionatda
yaranmış fasiləyə görə, noyabrın 7-nə qədər istirahətə yollanan
"Simurq"da bir zədəli futbolçunun sağalması məşqçilər korpusunu
sevindirməyə bilməz. Sportnet.az-ın məlumatına görə, uzun müddət idi ki, fərdi
məşqlər edən Murad Səttarlı artıq bərpa prosesini bitirib və komandanın bir
araya gəlməsini gözləyir.
Noyabrın 7-dəki
ilk məşqdəcə kollektivə qoşulacaq Səttarlıdan fərqli olaraq, komandanın digər zədəli
oyunçusu Adam Banaş həkim nəzarəti altında fərdi çalışmalarını etməkdə
davam edəcək.
Qeyd edək ki, Murad Səttarlı "Simurq"un son 7, Adam Banaş isə son 4 oyununda iştirak etməyib.