Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərə təmsilçilərindən "Çelsi" evdə Çexiya "Napoli"sinə, "Arsenal" isə İtaliyada "Napoli"yə qalib gəlib. İspaniya təmsilçilərinin qarşılaşmasında yenə "Valensiya" "Vilyarreal"dan üstün olub - 2:0. "Ayntraxt" isə elə bu hesabla Almaniyada Portuqaliya "Benfika"sından ilk görüşdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxıb. Frankfurt komandası səfər qolları sayəsində mərhələ adlayıb.
Beləliklə, yarımfinalda "Arsenal" "Valensiya"ya, "Ayntraxt" isə "Çelsi"yə rəqib olub. İlk oyunlar mayın 2-də, cavab görüşləri mayın 9-da keçiriləcək.
Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:1
Qol: Aleksandr Lyakazett, 36
İlk oyun - 0:2
23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya) - 2:0
Qollar: Lato, 13. Daniel Parexo, 54
İlk oyun - 3:1
23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya) - 2:0
Qollar: Filip Kostiç, 37. Sebastyan Rode, 67
İlk oyun - 2:4
23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) - 4:3
Qollar: Pedro Rodriges, 5;27. Simon Deli, 10 (öz qapısına). Olivye Jiru, 17 - Tomaş Suçek, 26. Petr Şevçik, 51; 55
İlk oyun - 1:0