
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, həftənin son oyununda "Sabah" "Neftçi"ni qəbul edib. Masazırdakı "Əlincə Arena"da baş tutan matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
Matçın 55-ci dəqiqəsində "Sabah"ın sağ cinah müdafiəçisi Novruz Məmmədov ikinci dəfə vərəqə görərək meydandan qovulduqdan sonra "Neftçi"nin heyətində Namik Ələsgərov dubl edib. O, 59-cu və 62-ci dəqiqələrdə fərqlənib.
Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Neftçi" ən yaxın izləyicisi olduğu lider "Qarabağ"la aradakı xal fərqini 2-yə endirib. "Sabah" isə 26 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" evdə "Keşlə"ni 3:0, "Səbail" isə səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib. Bu gün keçirilmiş "Qəbələ" - "Zirə" matçında isə meydan sahibləri qalib gəlib - 2:1.
-----------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib. Qarşılaşma əyalət təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesab 21-ci dəqiqədə "qırmızı-qaralar"ın hücumçusu Davit Volkov açıb. Birinci hissənin sonunlarında meydan sahiblərinin qapıçısı Dmitri Bezotosnı zədələnərək meydanı tərk edib və onun yerinə Anar Nəzirov meydana daxil olub.
Matçdakı ikinci qolu da əyalət komandası vurub. "Qəbələ"nin heyətində Ceyms Adeniyi 56-cı dəqiqədə fərqlənib. 71-ci dəqiqədə isə "Zirə"nin legioneri Sadio Tounkara hesab arasındakı fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmayıb.
Bu nəticədən sonra 36 xalla 4-cü pillədə qərarlaşan "Qəbələ" "Səbail"lə xal fərqinin artmasına imkan verməyib. "Zirə" isə 25 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Sabah" - "Neftçi" oyunu ilə yekun vurulacaq. XXV turun digər matçlarında "Qarabağ" "Keşlə"ni 3:0, "Səbail" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
--------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV turun son iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edəcək. Hazırda 33 xalla 4-cü pillədə yer alan "qırmızı-qaralar" bürünc medal iddialarını davam etdirmək üçün mütləq qələbə qazanmalıdırlar. 25 xalla 6-cı yerdə gedən "Zirə" isə qalib gəlsə, bir pillə irəliləyəcək.
İki komanda indiyədək 15 dəfə qarşılaşıb. Bunların hərəyə 4-də tərəflər bərabər sayda qələbə qazana biliblər. Daha 7 oyun isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Qəbələ" öndədir - 16:13. Lakin "Zirə" 4 oyundur uduzmur. Son iki matçda isə heç-heçə qeydə alınıb.
Premyer Liqada cari mövsümün 100-cü qarşılaşması isə "Əlincə Arena"da "Sabah" və "Neftçi" komandaları arasında olacaq. Hazırda 52 xala malik flaqman 2-ci, 26 xalı olan debütant isə 5-ci pillədədir. "Ağ-qaralar" lider "Qarabağ"la xal fərqini 2-yə endirmək və çempionluq şanslarını azaltmamaq üçün mütləq qələbə qazanmalıdır. "Göy-ağlar"a isə qələbə ən azı mövqeyini əldən verməməsi üçün lazımdır.
Komandalar dördüncü dəfə üz-üzə gələcəklər. Premyer Liqada bu mövsümdən çıxış edən "Sabah" "Neftçi"yə əvvəlki hər 3 görüşdə uduzub. Topların nisbəti isə 7:1 flaqmanın xeyrinədir. "Sabah"ın II dövrəyə təsadüf etmiş ev oyununda hər iki komanda qol vurub.
Azərbaycan Premyer Liqası, XXV tur
19 aprel (cümə)
16:00. “Qəbələ” – “Zirə” - 2:1
Qol: Davit Volkov, 20. Ceyms Adeniyi, 56. - Stadiona Tounkara, 70
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 0:1, 0:0, 1:1
18:30. “Sabah” – “Neftçi” - 0:2
Qollar: Namik Ələsgərov, 59; 62
Qırmızı vərəqə: Novruz Məmmədov, 55 ("Sabah", ikinci sarı)
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”
İlk 3 dövrədəki oyunlar: 0:2, 1:2, 0:3.
Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" səfərdə "Sumqayıt"a 2:1, "Qarabağ" isə evdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.