
Keçmiş futbolçu Tyerri Anri ABŞ-ın "Nyu-York Red Bullz" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın "Sky Sports"a istinadən məlumatına görə, bu barədə rəsmi açıqlama gələn həftə veriləcək.
Fransalı sabiq hücumçu "Red Bullz"da 2010 - 2014-cü illərdə çıxış edib. O, 135 matçda 52 qol vurub. MLS təmsilçisi Anrinin futbolçu karyerasında son klubu olub.
Baş məşqçi kimi isə o, "Monako"da çalışıb. 2018-ci ilin oktyabrında Leonardu Jardimi əvəzləyən Anri 3 ay sonra qovulub.
Qeyd edək ki, "Nyu-York Red Bullz" bu mövsüm 7 oyuna 1 qələbə ilə Şərq konfransında 10-cu yeri tutur.