
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.
"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gəlib. Baş hakim Səbuhi Bayramovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb.
Daha əvvəl "Qəbələ" evdə "Qarabağ"ı məğlub edib - 1:0
Qeyd edək ki, cavab görüşləri mayın 1-də keçiriləcək.
------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, raundun ilk oyununda yarışın sonuncu finalçısı "Qəbələ" Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edib.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu 72-ci dəqiqədə Ceyms Adeniyi vurub.
Qeyd edək ki, günün digər yarımfinal matçında "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gələcək. Cavab görüşləri mayın 1-də olacaq.
----------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyunlar çərçivəsindəki matçlar paytaxtdan kənarda təşkil olunacaq.
Qəbələdəki görüşdə şəhərin eyniadlı komandası Premyer Liqanın lideri "Qarabağ"ın müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 1/4 finalda "Sabah"ı, Ağdam təmsilçisi isə kubokun son qalibi "Keşlə"ni mübarizədən kənarlaşdırıb. Ölkə kubokunda 5-ci dəfə yolları kəsişən rəqiblər ilk dəfə yarımfinalda görüşəcək.
Komandalar indiyədək 3 dəfə 1/4 final, 1 dəfə finalda üz-üzə gəliblər. 3 dəfə Ağdam təmsilçisi, 1 dəfə isə meydan sahibləri dueldən qalib ayrılıb. 4 dueldəki 7 oyundan 5-i heç-heçə ilə yekunlaşıb. Topların fərqində də "Qarabağ"ın üstünlüyü var - 6:5.
Digər yarımfinal qarşılaşmasında isə "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Qəsəbə klubu bundan öncəki raundda "Səbail"i, "gənclik şəhəri" təmsilçisi isə "Neftçi"ni kubokdan uzaqlaşdırıb. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər. Hər iki kollektiv Premyer Liqada uğursuz çıxış etdikləri üçün Avropa Liqasına vəsiqə üçün yalnız kuboka ümid bəsləyir.
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 1-də keçiriləcək.
Azərbaycan Kuboku
1/2 final, ilk oyunlar
23 aprel
16:00. “Qəbələ” – “Qarabağ" - 1:0
Qol: Ceyms Adeniyi, 72
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
18:30. “Sumqayıt” – “Zirə” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”