
AFFA İntizam Komitəsi aşağı liqalarda keçirilmiş matçlardakı qeyri-etik davranışlara görə cəzaları açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, U-17 Liqasında "Xəzər Lənkəran"ın futbolçusu Ayaz Məmmədli "Mil-Muğan"la matçın 65-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdikdən sonra meydandan qovulub. Bu səbəbdən, oyunçuya 4 matçlıq cəza kəsilib. 67-ci dəqiqədə isə komandanın digər üzvü Rəvan Quluzadə aqressiv davranışına görə meydandan qovulub və iki oyunluq cəzaya məruz qalıb.
U-15 Liqasındakı "Gəncə" TİM-in futbolçusu Namiq Qocayev rəqibini təhqir etdikdən sonra meydandan qovulub və ona 2 oyunluq cəza verilib. 70+1-ci dəqiqədə isə "Zaqatala"dan Zübair Əliyev ikinci sarı vərəqəni alaraq oyundan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza alıb.