"Sumqayıt" komandası "Zirə" ilə Azərbaycan Kubokunun ilk yarımfinal matçından əvvəl itki ilə üzləşib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Rail Məlikov oyunöncəsi son məşqdə ayağından zədələnib. Topuq nahiyəsindən xəsarət alan təcrübəli müdafiiəçinin ayağı şişib. Bununla belə, Məlikov "Zirə" ilə qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıb.
Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Yarımmüdafiəçi Ehtiram Şahverdiyev isə 3 həftəyədək sıradan çıxıb. Son məşqlərin birində zədələnən Şahverdiyevin ayağının arxa əzələsində yırtıq aşkarlanıb.
O, yalnız "Sumqayıt" finala çıxsa, komandasına kömək edə bilər.