Azərbaycan Premyer Liqasının XXVI turu “Zirə”də debütlə əlamətdar olub.
Sportnet.az xəbər verir ki, “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları matçda Murad Musayev start heyətdə yer almaqa, "qartallar”ın heyətində ilk elita görüşünə çıxıb. 2014/2015 mövsümündə də bu komandanın şərəfini qoruyan müdafiəçi 4 il əvvəl I divizionda 11 qarşılaşmada meydana çıxmışdı. 2015-ci il mayın 14-də keçirilən “Neftçala” ilə ev görüşü (1:3) onun “Zirə”nin heyətində son oyunu olub.
1444 gündən sonra yenidən “qartallar”ın əsas komandasında şans qazanan futbolçu bu dəfə Premyer Liqada oynamaq imkanı qazanıb. Musayevə qədər 70 futbolçu ölkə çempionatının yüksək dəstəsində komandamızın formasını geyinmişdi. Müdafiəçi bu siyahıda 71-ci olub.