UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 23-cü dəqiqədə Luka Yoviç hesabı açsa da, 45-ci dəqiqədə Pedro Rodriges bərabərlik qolunu vurub.
İngiltərənin digər təmsilçisi "Arsenal" isə İspaniya "Valensiya"sını qəbul edib. Bu matçda hesabı 11-ci dəqiqədə qonaq komandanın futbolçusu Muxtar Diakabi açıb. Lakin 18-ci və 26-cı dəqiqələrdə Aleksandr Lyakazett fərqlənərək, meydan sahiblərini önə çıxarıb. 90-cı dəqiqədə isə Pyer-Emerik Obameyanq oyunda son nöqtəni qoyaraq, "Arsenal"ı finala xeyli yaxınlaşdırıb.
Qeyd edək ki, cavab görüşləri mayın 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
------------------------------
Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş 1/4 finalın ilk görüşündə “Benfika”ya uduzub - 2:4. Lakin bu komanda evdə 2 cavabsıq qolla qalib gəlməklə, mərhələ keçib. Bundan başqa, “Ayntraxt” 1/16 finalda Ukrayna “Şaxtyor”unu (2:2, 4:1), ardınca isə İtaliya “İnter”ini (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.
“Çelsi” Avropa Liqasının cari mövsümündə keçirdiyi 12 oyundan heç birində uduzmayıb. Bir matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxanda sonra İsveçin "Malmö" (2:1, 3:0), Ukraynanın “Dinamo” (3:0, 5:0) və Çexiyanın “Slaviya” (1:0, 4:3) kollektibindən güclü olub.
Gecənin digər oyunu Londonda baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın digər təmsilçisi “Atletiko”ya uduzan (1:1, 1:0) “Arsenal” "Valensiya”nı qəbul edəcək. “Qarabağ”la birgə E qrupunda yer almış baş məşqçi Unay Emerinin komandası yarıfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın “Renn” (1:3, 3:0) və İtaliyanın “Napoli” (1:0, 2:0) kollektivlərindən güclü olub.
Yarımfinalçılar arasında cari avrokubok mövsümündə çıxışına Çempionlar Liqasından başlayan yeganə komanda - “Valensiya” isə yarımfinala kimi Şotlandiyanın “Seltik” (2:0, 1:0), Rusiyanın “Krasnodar” (2:1, 1:1) və İspaniyanın “Vilyarreal” (3:1, 2:0) klublarını keçib.
Qeyd edək ki, cavab matçları mayın 9-da olacaq. Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) - 1:1
Qollar: Luka Yoviç, 23 - Pedro Rodriges, 45
Baş hakim: Karlos del Serro (İspaniya)
Frankfurt. “Kommersbank-Arena”
23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) - 3:1
Qollar: Aleksandr Lyakazett, 18; 26. Pyer-Emerik Obameyanq, 90 - Muktar Diakabi, 11
Baş hakim: Kleman Türpan
London. “Emirates Stadium”.