"Sabah"ın U-12 komandası Xorvatiyada keçirilən "Dalmatinko Cup"da iştirak edir.
Sportnet.az xəbər verir ki, Samir Əbdürəhmanovun baş məşqçi olduğu komanda "Hayduk" (Xorvatiya), "Imotski" (Xorvatiya), "Primorak" (Xorvatiya) və "Qurnik" (Polşa) klubları ilə eyni qrupda yer alıb.
"Sabah" ilk oyununda yerli "Hayduk" (Split) klubuna 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qola Famil Məmmədli imza atıb. Növbəti rəqib "Imotski" olub. Qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rəşad Alışov və Babamirzə Mehdiyev vurub.