Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri üçün Cahangir Səlimxanovun rəhbərliyi altında məşğələ keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məqsəd futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılmasından ibarət olub.
Hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətlərin aşılanması mövzusunda məşğələ zamanı komandanın futbolçuları Yarat Müasir İncəsənət Mərkəzi və Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi ilə tanış olub, dolğun məlumat əldə ediblər.
Qeyd edək ki, Cahangir Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.