
"Zirə" klubu futbolçusu Vüqar Mustafayevlə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Qəsəbə təmsilçisi oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Vüqar Mustafayev 2016-cı ildən "Zirə"də çıxış edib. O, komandanın heyətində meydana çıxdığı 89 oyunda 1 dəfə fərqlənib.