
İngiltərənin "Çelsi" klubu ilə Bakıda keçirdiyi Avropa Liqasının final oyunu zamanı "Arsenal"ın düşərgəsində qalmaqal baş verib.
Sportnet.az-ın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, türk əsilli yarımmüdafiəçi Məsut Özil əvəzlənərkən baş məşqçi Unay Emerini təhqir edib. 77-ci dəqiqədə o, meydana çıxdığı zaman ispaniyalı mütəxəssisə "Sən məşqçi deyilsən" söyləyib.
Daha əvvəl "Arsenal"ın yay transfer dövründə Özili satmağa hazır olduğuna dair xəbərlər yayılıb. Lakin ildə 20,3 milyon avro maaşı olan türk əsilli futbolçunun istəyini tam təmin etməyə istənilən klub hazır deyil. 31 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümündə İngiltərə Premyer Liqasının 24 oyununda 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Bakıdakı final qarşılaşmasında "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub.