AFFA-nın təşkilatçılığı ilə aşağı yaş
qruplarından ibarət komandalar arasında keçirilən liqalarda növbəti matçlar baş
tutub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” Futbol Akademiyasının təmsilçiləri üçün son 1 həftə də
uğurlu alınıb.
Vahid liqalarda çıxış edən U-19, U-17, U-16, U-15-in iştirakı ilə keçirilən 5
oyunda 4 qələbə qazanan "qırmızı-qaralar” 3 yarışın lideridir.
U-19
öz meydanında "Bakı” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn
"qırmızı-qaralar” 6 matçda topladığı 13 xalla 5-ci pillədə qərarlaşıb. Komanda
növbəti turda "Qarabağ”ın qonağı olacaq.
Rəqib
meydanında "İnter”i 3:2 hesabı ilə məğlub edən U-17-nin növbəti rəqibi "Neftçi”
İK İB olacaq. Ardıcıl 6 qələbə qazanan "Qəbələ” ev oyunu öncəsi vahid
liderliyini davam etdirir.
"İnter”
üzərində 3:0 hesablı səfər qələbəsi qazanan U-16 da vahid liderdir. 6 matçda 16
xal toplayan "qırmızı-qaralar” qarşıdakı turda evdə "Turan”ı sınağa çəkəcək.
Litvadakı
beynəlxalq turnirdən qayıdandan sonra iki oyun keçirən U-15 evdə AZAL-ı 6:1
hesabı ilə məğlub edib, səfərdə "İnter”ə uduzub – 3:4. 7 matçda 16 xal toplayan
"Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Növbəti turdakı rəqib
isə "Xəzər Lənkəran” olacaq.
Digər
komandalar isə zona yarışlarında növbəti matçlarda qüvvəsini sınayıb. Paytaxt
zonasında çıxış edən U-14 "Sərhədçi” ilə görüşdə çətinlik çəkmədən qalib gəlib
– 11:0. Növbəti turda "Vətən”i sınağa çəkəcək "Qəbələ” 6 turdan sonra 13 xalla
3-cü sırada yer alıb.
Şimal,
Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 Oğuzun UGİM-ini 12
cavabsız qolla məğlub edib. 6 matçda 14 xal toplayan "Qəbələ” lider mövqeyində
qərarlaşıb. Komanda Şəki UGİM-i ilə üz-üzə gələcək.
"Daşqın”la qarşılaşan U-11
də böyükhesablı qələbə əldə edib – 4:1. Növbəti matçda Qax UGİM-ini sınağa
çəkəcək U-11 yarışın liderləri sırasındadır.