Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" komandası daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Maudo Jarjue ilə vidalaşıb. Qvineya-Bisaudan olan 22 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.
"Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sı ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.
Qeyd edək ki, Maudo Jarjue "Səbail"də çıxış etdiyi iki mövsüm ərzində 50 matçda 4686 dəqiqə forma geyinib.