
Qazaxıstanın "Astana" klubu erməni məşqçi Qriqori Babayanla yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı mütəxəssislə əməkdaşlıq qarşılıqlı razılıq əsasında pozulub. Babayan uzun müddət komandada köməkçi-məşqçi kimi çalışıb. O, bir müddət baş məşqçi səlahiyyətlərini də icra edib.
Qeyd edək ki, hazırda "Astana"ya "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk başçılıq edir.