Braziliyada keçirilən Amerika Kubokunda üçüncü yer uğrunda matçda Argentina və Çili milliləri qarşılaşıb.
Sportnet.az xəbər verir ki, San-Paulu şəhərindəki "Korintians" stadionunda təşkil olunmuş matç Argentinanın qələbəsi ilə yekunlaşıb. Hesabı 12-ci dəqiqədə Serxio Aqüero açıb. 10 dəqiqə sonra Paulo Dibala fərqi artırıb. 59-cu dəqiqədə Arturo Vidal penalti ilə təsəlli qoluna imza atıb.
37-ci dəqiqədə Lionel Messi və Qari Medel bir-biriləri ilə söz savaşına girdikləri üçün qırmızı vərəqə alıblar.
Qeyd edək ki, Amerika Kubokunun final matçında Braziliya və Peru milliləri qarşılaşacaq.