
Moldovada "Sperantsa" və "Neftçi" arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq.
Sportnet.az-ın məlumatına görə, iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq qarşılaşmanı CBC Sport telekanalı ekranlara gətirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Həmin gün "Səbail" və Rumıniyanın "Universitatya" (Krayova) komandaları arasında keçiriləcək görüş isə CBC International telekanalında canlı yayımlanacaq. Bayıl stadionundakı oyun saat 20:00-da başlanacaq.