
"Səbail" komandası avrokuboklarda ilk qolunu debüt mövsümündəcə vurub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi evdə Rumıniya "Universitatya"sı ilə görüşün ilk yarısında fərqlənməyi bacarıb. 33-cü dəqiqədə Yevgeni Koçukun künc zərbəsindən ötürməsindən sonra Ağabala Ramazanov topu rəqib qapısına göndərib.
Bu, veteran futbolçu Vaqif Sadıqovun tətbiq etdiyi Azərbaycansayağı qolların növbətisi kimi tarixə düşüb. Ramazanovun dəqiq zərbəsindən sonra "Səbail" hesabı bərabərləşdirib - 1:1.