
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” yerli “Boluspor” klubu ilə görüşüb. Bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşan Sənan Qurbanovun baş məşqçi olduğu komanda qələbəyə imza atıb - 2:1. Azərbaycan təmsilçisinin qollarını Merab Giqauri və Klesio vurub. 69-cu dəqiqədə isə "qırmızı-qaralar" penaltidən yararlana bilməyib.
Bu matçla "Qəbələ" Bolu toplanışını başa vurub.
Qeyd edək ki, əsası 1965-ci ildə qoyulan Bolu təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edir. Ötən mövsüm 9-cu yeri tutan komanda dəfələrlə Super Liqada da çıxış edib. Çempionatda ən yaxşı nəticəsi 1974-cü ildə qazanılan bürünc medal olan “Boluspor” həmin il UEFA kubokuna qatılaraq avrokuboklarda debüt edib. Bolu təmsilçisi yeddi il sonra Türkiyə kubokunun finalına yüksəlib.
Yoxlama oyunu
17 iyul
17:00. “Boluspor” (Türkiyə) - “Qəbələ” - 1:2
"Qəbələ"nin qolları: Merab Giqauri, 19. Klesio, 47
Bolu. “Koru” otelinin meydanı.