
"Mənim üçün önəmlisi çıxış etdiyim mövqe yox, komandaya kömək etməkdir. Özümü burada yaxşı hiss edirəm".
Sportnet.az-ın Rumıniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Universitatya"nın futbolçusu Kamer Qaka iyulun 18-də "Səbail" komandası ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. 24 yaşlı yarımmüdafiəçi hamı kimi qol vurmaq istədiyini bildirib: "Bütün futbolçular meydana bu istəklə çıxırlar".
Qeyd edək ki, "İon Oblemenko" stadionunda keçiriləcək "Universitatya" - "Səbail" matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.