"Qəbələ" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, görüş şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Nikolas Uolşa Alan Mulvenni və Cordan Stokoe yan xətt, Qavin Dankan dördüncü hakim qismində yardımçı olacaq. Belçikalı Qay Qötalz hakim-inspektor, kiprli Mixalis Mitas UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.