UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərinə start verilib.
Sportnet.az-ın məlumatına görə, birinci oyun günündə 5 görüş keçirilib. Bunlardan sonuncusu - Monteneqroda "Sutyeska" və Kipr APOEL-i arasında keçirilmiş matç daha çox diqqət mərkəzində olub. Matç qonaq komadanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ" İrlandiya "Dandolk"unu üstələyəcəyi halda, məhz bu cütün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin ilk görüşü bu gün olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul
21:00. ”Viktoriya” (Plzen, Çexiya) – “Olimpiakos” (Yunanıstan) - 0:0
21:30. ”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: Mislav Orşiç, 67. Petkoviç, 78 (pen.)
22:00. PSV (Holllandiya) – “Bazel” (İsveçrə) - 3:2
Qollar: Bruma, 14. Sam Lammers, 89. Donyell Malen, 90+3 - Albian Ayeti, 45+1. Alderete Fernandes, 79
22:00. TNS (Uels) – “Kopenhagen” (Danimarka) - 0:2
Qollar: Pyeros Sotiryu, 18. Robert Skov, 61 (pen.)
23:15. “Sutyeska” (Monteneqro) – APOEL (Kipr) - 0:1
Qol: Tomas De Vinsenti, 42 (pen.)
Qeyd edək ki, cavab görüşləri 30-31 iyulda keçiriləcək.