"Bu gün keçirdiyimiz oyun planda yox idi. Rəqib xahiş edincə, gənc futbolçuları da 90 dəqiqə meydanda görmək üçün razılaşdıq".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov yoxlam matçında "Diyabekirspor"a uduzduqları (0:1) oyundan sonra deyib.
Gənc mütəxəssis qarşılaşmadan narazı qalmadığını söyləyib: "Lakin xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Bu həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridir. Bunun üzərində işləməliyik ki, bu qədər qol epizodlarını boşa verməyək. Ümumən hazırlığımız normal keçir. Qarşıda hələ iki yoxlama oyunumuz qalıb. Həmin oyunlarda əlimizdən gəldiyi qədər səhvlərimizi düzəldib, çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq".